x
Sifariş
X
Ağır Romantik

Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.


  • Formatlar
    Film 2D formatında nümayiş olunurtwodFilm Azərbaycan subtitrları ilə nümayiş olunurazsubFilm Türk dilində nümayiş olunur
  • Kinoteatrda
    05.03.2020 - 09.04.2020
  • Ölkə
    Türkiyə
  • Rejissor
    Dəniz Dənizcilər
  • Rollarda
    Onur Tuna, Tuvana Türkay, Sermiyan Midyat, Altan Erkekli, Durul Bazan, Semra Dinçer, Servet Pandur, Gazanfer Ündüz, Arif Selçuk.
  • Müddət
    105 dəqiqə
  • Janr
    Romantik, komediya
  • Yaş həddi
    7+