“CinemaPlus”

“CinemaPlus” kinoteatrı “ASAN həyat” ilə əməkdaşlığa başlayıb

“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “KinoKlub” layihəsi çərçivəsində “ASAN həyat” regional kompleksləri ilə əməkdaşlığa başlayıb.

“CinemaPlus” kinoteatrları “ASAN” kompleksləri çərçivəsində Quba, Masallı, Mingəçevir, İmişli və Şəki kimi regionlarda fəaliyyət başlayıb.
Nəzərə alsaq ki, kinoteatr ictimaiyyətin istənilən yaş kateqoriyası üçün mədəni istirahət yeri sayılırsa, “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman təkcə Bakının deyil, başqa regionların mədəni inkişafında da aktiv işitrak edir. Ən birinci regional kinoteatr 2016-ci ildə Gəncə şəhərində açılmışdır.
Kinoteatr təkcə rus dilində deyil, həm də “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunmuş dünya premyeralarının nümayişini planlaşdırır. Regional şəhərlərin sakinləri həmçinin ən son yerli və türk film yeniliklərinə baxa bilərlər.
Gələcəkdə Azərbaycanın mədəni həyatına həsr olunmuş qapalı gecələrin, böyük idman tədbirlərin, məktəblilər üçün intellektual filmlərin nümayişləri planlaşdırılır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!