“CinemaPlus”da popkorn festivalı keçirilib

27.01.2019

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında popkorn festivalı keçirilib. Festivalın qonaqları bütün gün ərzində müxtəlif popkorn növlərini dequstasiya ediblər: küncütlü, karamelləşdirilmiş, meyvəli-şokoladlı, duzlu və şirin. Həmçinin onlar üçün maraqlı sürpriz hazırlanmışdır, hansı ki, festivalın ən maraqlı hissəsi olmuşdur. DJ, animator, hündür boylu kuklalar, uzunayaqlı, sehrbaz, fotoqraf və videoqrafın iştirakı ilə şou-proqram təşkil olunmuşdur.

Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə popkorn festivalına qatılıb, müsabiqələrdə iştirak edib, xatirə şəkilləri və selfi çəkdiriblər.

Tədbirin təşkilində dəstəyi KR Production göstərmişdir.

Поделиться этой новостью