CinemaPlus-da “Jara” - ən ulduzlu komediya filminin nümayişi keçirilib

26.07.2019

İyulun 26-da “CinemaPlus Amburan Mall” premium kinoteatrında “Jara” - ilin ən ulduzlu komediya filminin qapalı premyerası keçirilib.

Filmi ilk izləyənlər Emin Ağalarov oğlu Əli ilə, Filip Kirkirov uşaqları Alla-Viktoriya və Martin ilə, Denis Klyaver həyat yoldaşı ilə, Anita Tsoy, Vadim Vernik, Maqomed Murtazaiev, Aygün Kazımova, Cəfər Axundzadə, Dilarə Kazımova, Səmra Rəhimli, Ceyhun Zeynalov (Jin), Tural Əsədov, Emil Abbasov, həmçinin, “Zhara Music” leyblının baş prodüsseri Bahh Tee və artistləri EL'MAN, Zombi və Ellai olmuşdular.

Baş prodüsser müəllifi olaraq Emin Ağalarov bütün qonaqları salamlamışdır, kinoya baxaraq yaxşı vaxt keçirməyi arzulamışdır və Bakı yayının bənzərsiz ab-havasına və “JARA” festivalının səhnəarxası həyatına dalmağa dəvət etmişdir.

“Belə bir lirik komediyanın ideyası çoxdan fikirlərdə var idi. İstənilən musiqi festivalı miqyaslı bir hadisədir, hara ki, yüzlərlə artistlər gəlir və televiziya efirində görsənməyən səhnəarxası həyat hər zaman qaynayır. Məhz bu haqqda biz təkcə aktyorların iştirakı ilə deyil, həmdə real ulduzların iştirakı ilə bədii romantik film çəkmək qərarı verdik”, - deyə Emin sujetin təfərrüatları ilə bölüşüb.

Həmçinin “Team Films” kino şirkətinin çəkiliş komandasını rəhbərlik etmiş, ideya müəllifi və prodüsser Teymur Cəfərov nitq söyləmişdir. Bundan başqa kreativ komandaya rejissor Dunya Lisova, quruluşçu-rəssam Masksim Alipçenko və quruluşçu-operator Vasiliy Rıjkov daxil olmuşdur.
Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində 2018-ci ilin iyul ayında Bakıda baş tutmuşdur. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaratmışdır. Buna görə layihəyə cəlb olunan məşhurların sayına görə film rekorda iddia edə bilər.

Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak etmişdilər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “Jara” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir. Qeyd edək ki, Pojarskaya “Otel Eleon” seriyalında, eləcə də Emin Ağalarovun “İnanılmaz” və “Wicked Game” mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Filmdə Bakıya gələn Daşanı festivalın digər ulduz iştirakçıları ilə birlikdə çoxsaylı macəralar gözləyir.
Tədbirin təşkilində dəstək göstərmişdilər: Cinema Distribution, “Taksim Kebap” restoranı, “Badam Patisserie” şirniyyat evi, “Xan 1860” - çaxır “Karabakh” (Göygöl çaxır zavodu), “Жара” energetik içkisi, Light in Black, Decor&Events By T.A. dekor şirkəti, Şeh su və Basilur.

Ən ulduzlu, qızğın və romantik komediya sentyabrın 5-dən etibarən nümayiş olunmağa başlayacaq!

Поделиться этой новостью