“CinemaPlus”

CinemaPlus şəbəkəsinə 6 kinoteatr, 30 ekran və 3409 oturacaq daxildir.

Yüksək ölçülü 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin tətbiq etdiyi “Platinum Movie Suites” konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradır.

Bundan əlavə “CinemaPlus” Azərbaycanda ilk dəfə Dolby Atmos texnologiyası tətbiq edib.

Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

CinemaPlus şəbəkəsinə 6 kinoteatr, 30 ekran və 3409 oturacaq daxildir.

Bizim kinoteatrın “Platinum Movie Suites” zalında film izləyəndən sonra Sizdə unudulmaz təəssüratlar qalacaq. Bu premium-zalın konsepsiyası tamaşaçılara yüksək komfortlu, arxaya açılan təmtəraqlı italyan dəri kreslolarında, kinoseans zamanı qida və içki sifariş etmək imkanı olan zalda film izləmək imkanı təklif edir.

“CinemaPlus” öz qonaqları üçün bileti müxtəlif rahat üsullar ilə almaq imkanı yaradır: kinoteatrın www.cinemaplus.az rəsmi saytından, İOS və Android əməliyyat sistemləri tərəfindən idarə olunan smartfonlar üçün təzəlikcə işə düşmüş mobil tətbiq vasitəsilə və ya kinoteatrın bilet kassasından.