x
Sifariş
X
OL

Film ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra, sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər.Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır. Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra, bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar. Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şəhzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli situasiyalar yaranır.


  • Formatlar
    Film 2D formatında nümayiş olunur2D
    Film Azərbaycan dilində nümayiş olunurAZ
  • Kinoteatrda
    26.04.2018 - 09.05.2018
  • Ölkə
    Azərbaycan
  • Rejissor
    Namiq Ağayev
  • Rollarda
    Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Tuncer Salman, Svetlana Həşimova
  • Müddət
    70 dəqiqə
  • Janr
    Drama, komediya
  • Yaş həddi
    14+