Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88

“Platinum Movie Suites” lyuks konsepsiyalı kinoteatrın lideridir. Azərbaycanda eksklyuziv “Platinum Movie Suites” kinozalımız, “CinemaPlus” kinoteatrı üçün unikaldırvə böyük üstünlük hesab olunur. Özünüzü bir anlıq italyan və bir sıra Venesiya dizaynerləri  tərəfindən layihələndirilmiş, olduqca rahat və tam arxaya açılan kresloda yarıuzanmış vəziyyətdə, ləzzətli burqerlər, popkorn və şirniyyatlar, sevimli meyvə şirəsi və ya kofe  ilə ən son filmlərə böyük ekranda izləyərkən təsəvvür edin – bu əsl təmtəraqdır! 

Tam arxaya açılan kreslo və öz şəxsi masası və quraşdırılmış ayaqlar üçün tənzimlənən ayaq yeri ilə “Platinum Movie Suites” maksimum rahat və komfortlu mühit yaradır. Kreslolar bu kinozalda qeyri-məhdud baxış imkanı yaratmaq üçün yaruslar ilə yerləşdirilib.        

Bizim “Platinum Movie Suites” kinozalının tamamilə möhtəşəmliyi və üstünlüyü ilə bərabər həmçinin yüksək səviyyəli xidmət təqdim edir. İçkilər və qəlyanaltılar film nümayişi zamanı Sizin istədiyiniz vaxt gətirilə bilər. Bizim menu müxtəlif növdə yemək çeşidləri təqdim edir. Kinozalın həmçinin qarderob xidməti var. Bizim dadlı isti yeməklərimiz, salat, pasta, pizza və desertlərimiz arasında seçim edin.    

“Platinum Movie Suites” kinozalının Azərbaycanda unikal və eksklyuziv konsepsiyası müxtəlif tədbirlərin, qapalı nümayişlərin və ya korporativ əyləncələrin keçirilməsi üçün əla imkan yaradır.