Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88

“CinemaPlus” innovativ və müştəriyönümlü kinoteatrdır, yüksək ölçülü və 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin, gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar və başqa amillər kinofilmləri ən yaxşı və əla keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır. 

“28 Mall” ticarət mərkəzində yerləşən kinoteatrmızda “Platinum Movie Suites” zalında film izləməyiniz sizdə yaddan çıxmayacaq təəssürat saxlayacaq. Bu premium-zalın konsepsiyası tamaşaçılara yüksək komfortlu, dəbdəbəli və dəridən hazırlanmış, söykənəcəyi tam arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradır.   

2016-cı ilin noyabr ayında “Ganjlik Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsində Dolby Atmos texnologiyalı  ölkənin ən böyük kinoteatrı açılmışdır.

Dolby Atmos sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən çatır, o cümlədən zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə  yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

2016-cı ilin may ayında Gəncə şəhərində, "Xəmsə Park" ticarət mərkəzinin  4-cü mərtəbəsində bizim yeni dünya standartlarına cavab verən, 5 zaldan və 461 oturacaq yerindən ibarət “CinemaPlus Khamsa Park” kinoteatrı açılmışdır.  Kinoteatrın zalları rahat və avropa istehsalı olan yüksək dərəcəli rahat  kreslolarla  təchiz edilib. Burada rahat və xoş istirahət üçün geniş çeşidə malik  4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər və digər içkilər təqdim olunur. Sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir.

2016-cı ilin iyul ayında Bilgəh qəsəbəsində “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində bizim yeni dünya standartlarına cavab verən, 3 zaldan və 164 oturacaq yerindən ibarət “CinemaPlus Amburan Mall” kinoteatrı fəaliyyətə başlamışdır.Kinoteatrın zalları ispan istehsalı olan yüksək keyfiyyətli rahat kreslolarla təchiz edilmişdir. Bundan başqa “CinemaPlus” Amburan Mall kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur. 

Bundan əlavə VIP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etmək imkanı əldə edəcəklər.

“CinemaPlus” öz qonaqlarına müxtəlif üsullarla rahat bilet əldə etmək imkanı yaradır: kinoteatrın www.cinemaplus.az rəsmi saytından, İOS və Android əməliyyat sistemləri vasitəsilə idarə olunan smartfonlar üçün təzəlikcə buraxılmış mobil əlavələrin köməyi ilə və ya şəxsən kinoteatrın bilet kassalarında əldə etməklə.  

“CinemaPlus” genişlənmək üzrə öz strateji planlarının uğurlarını nümayiş etdirəcək və bütün Azərbaycan üzrə 3-dən artıq kinoteatr açacaq. Bununlada Qafqazda ən böyük kinoteatr şəbəkəsi olacaq.