Follow us
   

BİLET ALMAQ (28 MALL)

Film:
Tarix:
Seans:
Bilet sayı:
119 Tel.: 012 499 89 88

ƏN VACİB AUDİTORİYA

Azərbaycanlı kino izləyicilərinin auditoriyasının 89%  40 yaşadək adamlar təşkil edir, bununla belə izləyicilərin daha çox hissəsi (65.3%)  - 18-29 yaş arasıdır*. Lakin bu heç də ən vacibi deyil!

İzləyicilər “CinemaPlus” kinoteatrına yalnız nümayişlərinə start verilən yeni filmləri izləmək üçün gəlirlər. Hər şeyin yenisinə təşəbbüs – bax bu early adopters-ın əsas cəhətidir. Marketinqçilərin dilində early adopters – “erkən qəbul edənlər”di, hansılar ki, hamıdan qabaq yeni texnologiyaları, yeni məhsulları yoxlayırlar və yeni ideyaları qəbul edirlər: məhz onların fikrindən sonra, daha çox onların reaksiyasından sonra yeni məhsulun yayılması (yeni alıcılar) davamlığı məlum olur ki. Onların emosionallığı, qabiliyyəti və təzə hər şeyə açıqlığə – sizin reklam kampaniyanıza olan marağın təminatıdır. 

QAVRAMAĞA VƏ YADDA SAXLAMAĞA HAZIR! 

Orta hesabla işləyən izləyicilər, televizor qarşısına ağır iş günündən sonra sadəcə oturmaq üçün “yıxılırlar”. Çöl reklamı və radio daha çox adi günlərdə pik saatlarda tıxacda dayanan avtomobil sürücülərinin vaxtını “bəzəyir”. Belə halda olan insanların şüuruna daxil olmaq çətindir. 

Filmə bilet alan insanlarda isə vəziyyət əksinədir: onlar məqsədli olaraq istirahət etmək, əylənmək, yeri gəlmişkən bazar alış-verişi, uşaqları ilə söhbət etmək üçün gəlirlər. Və burada reklam, sözsüz ki, pozitiv və daha az tənqidi qəbul olunacaq və yaxşı yadda qalacaq.     

FİLM AUDİTORİOYANI MÜƏYYƏN EDİR 

“CinemaPlus” kinoteatrında dəqiq tarqetinq aparmaq imkanı aydın görünür. Demək, cizgi filmi, ehtimal ki, ekran qarşısında uşaqlı insanları toplayacaq, fantastika – bu daha çox gənclər üçün janrdı, melodrama əsasən xanımlar tərəfindən bəyənilir və s. Beləliklə, məqsədli seqmenti aydın tapmaq üçün resept – düşünülmüş filmlərin seçilməsidir. Çətin ki, başqa hər hansı bir reklam daşıyıcısı auditoriyanın xüsusiyyətləri ilə bu qədər asanaraşdırma aparmaq imkanı yaratsın. 

ONLARA “HƏ” DEYƏK

“CinemaPlus” kinoteatrında reklam  - marketinq kommunikasiyasının vacib komponentidir, hansını ki, ölçmək qeyri-mümkündür. Təsir etmək kompleksliyi, dəqiq tarqetinq, məlumatların asan yaddaşlarda qalması – bax bu daşıyıcının əsas üstünlükləridir. Vacib deyil ki, siz keyfiyyətli reklam müraciəti ilə yeni brendi təqdim etmək üçün məsələləri həll edirsiz və ya  məşhur məhsulun imicini yaxşılaşdırırsınız. Kompleks daşıyıcıların düzgün seçimi və reklamı yerləşdirmə anında repertuarı nəzərə alma zamanı sizin reklam kampaniyanızın məhz sizin auditoriyanızında gözə çarpması təmin olunur.    

 

“CinemaPlus” kinoteatrının əsas reklam imkanları bunlardır: 

1. Kinozallarda kinoseanslardan öncə reklam çarxlarının yerləşdirilməsi. 

2. Kinoteatrın foyesində quraşdırılmış plazma panellərində reklam çarxlarının yerləşdirilməsi.

3. Kinoteatrın foyesində quraşdırılmış laytbokslarda reklam bannerlərinin yerləşdirilməsi.

4. Tualet otaqlarında quraşdırılmış planşetlərdə reklam plakatlarının yerləşdirilməsi.

5. Kinoteatrın foyesində promo-stendlərin quraşdırılması.

6. Kinoteatrın kassirləri tərəfindən hər bilet satışı zamanı poliqrafik reklam məhsularının(vizitkalar, vərəqələr) yayması.

7. Kinoteatrın foyesində promo-aksiyaların keçirilməsi.

8. Kinoteatrın biletinin əks tərəfində reklam modulunun yerləşdirilməsi.

9. “Blackberry Cafe&Bar” restoranının menusunda reklam modulunun yerləşdirilməsi.

10. Kinoteatrın kinozallarının brendləşdirilməsi. 

11. Popkorn üçün qabların brendləşdirilməsi.

12. Rəsmi saytda reklam.

13. Kinoteatrın foyesində yerləşdirilmiş teybltenslərdə reklamın yerləşdirilməsi.

14. Kinoteatrın foyesində zonanın brendləşdirilməsi